Ramazan Bayramında aztəminatlı ailələr də unudulmadı

Ramazan Bayramında aztəminatlı ailələr də unudulmadı

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 7 Avqustda "Azersun" Holdinqin dəstəyi ilə AGAT Nərimanov rayonunda yaşayan 15-dən artıq kimsəsiz və ya aztəminatlı ailəyə bayram süfrəsi üçün qida məhsulları ilə təmin edib. Təşkilatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, AGAT eyni zamanda AR Qızıl Aypara Cəmiyyətinin Ramazan Bayramı münasibəti ilə aztəminatlı ailələr üçün təşkil olunmuş açıq qapı kampaniyasına qoşulub.

Qeyd edək ki, təşkilat Azərbaycan xalqını müqqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edir, sülh və əmin amanlıq arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə