Deputat seçicilərini Ramazan bayramı münasibəti ilə tərik edib

Deputat seçicilərini Ramazan bayramı münasibəti ilə tərik edib

Milli Məclisin deputatı Fuad Muradov Səbail rayon sakinlərini Ramazan bayramı münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, barış və mərhəmət ayı sayılan Ramazan ayında ölkəmizin xoşbəxt gələcəyi üçün dualar edildiyini deyən deputat qeyd edib ki, növbəti bayramı işğal altında olan torpaqlarımızda keçirmək hamının müqəddəs arzusudur. Sakinlər üçün açılan iftar süfrəsində dualar oxunub.

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar 250-dən artıq Səbail sakininə bayram sovqatı paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə