Ramazan Bayramı nə vaxt olacaq? Şamaxı Rəsədxanası ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu məsələdə fərqli mövqe nümayiş etdirib. Bunlardan hansı düzgündür? Komitədən SİA-ya verilən məlumata görə, mövzu ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanlanan sorğulara cavab olaraq bildirilib ki, Şamaxı Rəsədxanası astronomik hesablamalara görə ayın yenilənməsi ilə bağlı məlumat verə bilər. Bu, işin elmi tərəfidir. Lakin bayramın tarixi dini amillərdən asılı olduğunu nəzərə alaraq, fətva vermək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB