AGAT layihənin icrasına başlayıb

AGAT layihənin icrasına başlayıb

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclərin rəqəmsal inkişafı-internet jurnalistika üzrə maarifləndirmə" adlı layihənin icrasına başlayıb. SİA-ya verilən məlumata görə, layihənin məqsədi gəncləri internet jurnalistikası ilə bağlı peşəkarlaşdırmaq, lazımi bilik və bacarıqları aşılamaq; Region gənclərini internet resurları və onun əhəmiyyəti barədə məlumatlandırmaq; İnternet jurnalistikası üzrə gənc peşəkarların aşkarlanmasıdır.

Qeyd edək ki, layihə çərçivəsində Bakı, Quba, Gəncə və digər şəhərlərdə məlumatdırma sessiyaları və təlimlər keçiriləcək. Bu təlimlərdə gənclərə rəqəmsal inkişaf, vətəndaş jurnalistikası, internet resurlarından faydalı istifadə, bu istiqamətdə bacarıq və biliklər ekspertlərin iştirakı ilə aşılanacaq. Sonda təlim iştirakçıları ilə birgə Rəqəmsal İnkişaf Forumunun keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə