Ramazan bayramı münasibətilə internat məktəbi uşaqları üçün aksiya keçirilib FOTO
Bakıda Zabitlər parkında internat məktəbində olan və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Əməkdar artist Tünzalə Ağayeva, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova, tanınmış müğənni Samira Allahverdi, ifaçı Elgün Hüseynov və başqaları iştirak ediblər.
Müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı barədə danışan tədbir iştirakçıları bu bayramı insanları sevgiyə, mərhəmətə və xeyriyyəçiliyə çağıran bir ay olduğunu bildiriblər. İştirakçılar eyni zamanda qeyd ediblər ki, bu müqəddəs ayda valideyn qayğısından məhrum və sağlamlıq imkanları məhdud olan uşaqların qayğıya daha çox ehtiyacları var.
Gülnarə Xəlilova öz növbəsində Modalar Evi adından uşaqlara yeni paltarlar və qiymətli hədiyyələr bağışlayıb.
Daha sonra konsert proqramı təşkil edilib və konsertdə çıxış edən ifaçılar özlərinin hit mahnılarını ifa etməklə yanaşı, uşaqları bayram münasibətilə təbrik ediblər. Həmçinin onlarla birlikdə müxtəlif musiqi və rəqs nömrələrində iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB