"ToDAY is SATURDAY” layihəsi çərçivəsində ilk görüş FOTOLAR

"ToDAY is SATURDAY” layihəsi çərçivəsində ilk görüş FOTOLAR

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "ToDAY is SATURDAY" layihəsi çərçivəsində ilk görüşü keçirib. ARGTMŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş 30 nəfərə yaxın gəncin, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə Gənclər Evində keçirilib.

Layihə çərçivəsində Rusiyanın RTR, Ekspert TV kimi telekanallarında təcrübə proqramı keçmiş, ATV Xəbər proqramının aparıcısı, "Nitq mədəniyyəti" və "Bədən jestlərinin dili" üzrə ekspert Ceyhun Əlinin iştirakı ilə "Bədən Jestlərinin dili - Rəhbər heyətinin stili" mövzusunda görüş keçirilib. Görüş ekspertin təqdimatında gənclər tərəfindən marağa səbəb olmuş və interaktiv diskussiyalar aparılıb.

Görüşdə məqsəd gənclərdə yenilik əldə etmək şansı qazandırmaq, onların nitq mədəniyyəti sahəsində biliklərinin artırılmasında və nitq qabiliyyətinin gücləndirilməsində yardımçı olmaqdır. Növbəti görüşlərdə iştirak etmək üçün https://www.facebook.com/nayora.az ünvanını mütəmadi olaraq izləyin.

Bütün xəbərlər Facebook səhifəmizdə