Fizika İnstitutu maddi-texniki bazasını gücləndirir FOTO

Fizika İnstitutu maddi-texniki bazasını gücləndirir FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu maddi-texniki bazasını gücləndirir. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, bu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrant mükafatı almış layihə çərçivəsində həyata keçirilir.

İnstitutun sektor rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Emil Hüseynovun bildirdiyinə görə, instituta Yaponiyadan ultrabənövşəyi görünən işıq və infroqırmızı diapazonda işləyən ellipsometrik spektrometr sistemi, nanoölçülü kristalların optik xüsusiyyətlərini öyrənmək üçün atom qüvvə mikroskopu, Almaniyadan rentgen sistemləri və ABŞ-dan günəş elementlərini xarakterizə edən qurğu alınıb. Bu cihazlar fizika elmində nanoölçülü tədqiqatlar üçün unikal elmi-texniki avadanlıqlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə