Azərbaycan və Belarusiya fiziklərinin birgə işi

Azərbaycan və Belarusiya fiziklərinin birgə işi

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun alimləri belarusiyalı həmkarları ilə birgə lazer fizikası istiqamətində tədqiqatlar aparır. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, araşdırmalar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Belarusiyanın Fundamental Tədqiqatlar Fondu tərəfindən qrant mükafatı alan layihə çərçivəsində təşkil olunub.

2 illik layihənin rəhbərləri Azərbaycandan Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Tağıyev, Belarusiyadan isə fizika-riyaziyyat elmləri doktoru, professor Gennadiy Yablonskidir.

O.Tağıyev bildirib ki, tədqiqatların nəticələri bir çox elektron avadanlıq üçün, o cümlədən, televiziyada təsvirin viziuallaşdırılmasında və tibbdə biosensor kimi, yəni insan sümüyündə və dərisində mikrozədələnmələrin tədqiq edilməsi istiqamətində tətbiq oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə