Rayonlarda təbii qaz təhcizatı dayandırılacaq DİQQƏT!

Rayonlarda təbii qaz təhcizatı dayandırılacaq DİQQƏT!

Bərdə, Tərtər, Ağdam, Masallı və Qusar rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən xəbərə görə, təmir işləri ilə əlaqədar 6 avqust 2013-cü il tarixində saat 09:00-dan 20:00-dək "Bərdə", "Tərtər", "Cəyirli", "Kətəlparaq", "Tərtər-2" və "Ağdam 4-yol" ölçü qovşaqlarından, saat 10:00-dan 18:00-dək "Masallı-2" ölçü qovşağından rayon mərkəzinə gedən "əhali" orta təzyiqli qaz kəmərlərində, saat 10:00-dan 15:00-dək isə "Qusar" Qazpaylayıcı Stansiyanda kollektordan Urva kəndi istiqamətində gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər rayonlarına, Ağdam rayonunun bir hissəsinə, Masallı şəhərinə və Qusar rayonunun Urva kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə