Naxçıvan Muxtar Respublikasında və Şəki şəhərində məhkumlar yeni avtomobillərdə daşınacaq. Penitensiar Xidmətdən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun göstərişinə əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə və eləcə də yeni istifadəyə verilmiş Şəki Penitensiar müəssisəsinə məhkumların daşınmasını həyata keçirən müasir tipli yeni xüsusi avtomobillər verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB