Bayram namazının vaxtı məlum oldu

Bayram namazının vaxtı məlum oldu

Bakıda Bayram namazı Təzəpir məscidində qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bayram namazının qılınması üçün şəriətə görə, ayın görünməsi vacibdir. Namaz ayın Azərbaycan ərazisində görünməsindən asılı olaraq avqustun 8-i və ya 9-da olacaq. Namaz səhər saat 09:00-da Təzəpir məscidində qılınacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ayın təzələnəcəyi vaxtı açıqlayıb. Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də baş verəcək. Yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq.

Qeyd edək ki, Ramazan bayramı avqust ayının 8-9-na təsadüf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə