AMEA-nın “Akademiya şəhərciyi”ndə təmir işləri davam edir FOTOLAR

"Mərkəzi Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin binalarının tikintisi bu ilin sonuna qədər yekunlaşacaq"
AMEA-nın “Akademiya şəhərciyi”ndə təmir işləri davam edir FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Akademiya şəhərciyi"ndə ölkə Prezidentinin sərəncamı ilə başlanmış tikinti, yenidənqurma və abadlıq işləri uğurla davam etdirilir. SİA-nın xəbərinə görə, bu barədə şəhərciyin direktoru Nazim Sadıqov məlumat verib.

O bildirib ki, Mərkəzi Elmi Kitabxananın və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin binalarının tikintisi bu ilin sonuna qədər yekunlaşacaq: "Kimya Problemləri, Fizika və Geologiya institutlarının binalarının əsaslı təmiri isə sentyabrda tamamlanacaq. "Akademiya şəhərciyi"ndən bir neçə qeyri-akademik qurum köçürülüb, digərlərinin köçürülməsi barədə son danşıqlar aparılır. İyulun 20-dən etibarən Bakı Abadlıq İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərcikdə abadlaşdırma işləri görülür. Əraziyə çəmənliklər döşənilir, çeşidli güllər əkilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağaclar cavanlaşdırılır, quruları kəsilərək yeniləri ilə əvəz olunur. Bunlardan əlavə, şəhərcikdəki mərkəzi qazanxananın fəaliyyəti təkmilləşdirilir, o cümlədən qış mövsümünə hazırlıq üçün texniki avadanlıqlar saz vəziyyətə gətirilir, nizam-intizam qaydaları gücləndirilir. Şəhərcikdə xidməti və şəxsi avtomobillər üçün yeni dayanacaq salınır. Dayanacaq istifadəyə verildikdən sonra institutların qarşısında avtomobillərin saxlanılmasına qadağa qoyulacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə