Hava tədricən isinəcək

Hava tədricən isinəcək. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir.

Temperatur gecə 18-23°, gündüz 28-33° isti olacaq.

Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 24-25° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperaturun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperaturun gecə 8-13°, gündüz 19-24° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperaturun gecə 15-19°, gündüz 28-33° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi şimal və şərq rayonlarında qısamüddətli az yağacağı ehtimalı var.

Temperatur gecə 12-17, gündüz 27-32° isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 19-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə