Tutqun hava nə vaxt açılacaq? DİQQƏT

Tutqun hava nə vaxt açılacaq? DİQQƏT

"Avqustun 6-da və 7-da ölkədə mülayim hava şəraiti müşahidə olunacaq, əksər rayonlarda hava yağmursuz keçəcək. Lakin ayın 6-da bəzi şimal rayonlarında yağış yağacağı gözlənilir". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamasında bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə yüksələrək Bakıda və Abşeron yarımadasında günorta saatlarında 30-32 dərəcə, gecə 22-24 dərəcə təşkil edəcək: "Aran rayonlarında 31-36 dərəcə, dağlarda 19-24 dərəcə isti gözlənilir".

Baş hidroloqun sözlərinə görə, bu gün ölkə ərazisində tutqun hava şəraiti günorta satlarından başlayaraq axşama doğru mülayimləşəcək. Yaxın iki gün ərzində isə ölkədə mülayim hava şəraiti müşahidə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə