"Region gənclərinin narkomaniya və QİÇS-ə qarşı mübarizə təcrübəsinin artırılması" layihəsi uğurla başa çatıb. SİA-nın xəbərinə görə, "Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Region gənclərinin narkomaniya və QİÇS-ə qarşı mübarizə təcrübəsinin artırılması" layihəsi çərçivəsində iyun ayında Hacıqabulda, iyul ayında isə Şirvanda müxtəlif yaş qruplarından olan gənclər üçün maarifləndirici təlimlər keçirib. Təlim zamanı interaktiv metodlardan istifadə olunub. Təlimlərdə ümumilikdə hər iki şəhərdən 800 nəfərə yaxın gənc iştirak edib. Layihə rəhbəri və Ekspertlər tərəfindən təlim iştirakçılarının onları maraqlandıran sualları cavablandırılıb.
Eyni zamanda, təlim iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB