DSX-nin Göytəpə təlim-tədris mərkəzində andiçmə mərasimi keçirilib

DSX-nin Göytəpə təlim-tədris mərkəzində andiçmə mərasimi keçirilib

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki "N" saylı hərbi hissəsinin təlim-tədris mərkəzində iki hərbi hissənin gənc əsgərlərinin andiçmə mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abasquliyev, hərbi hissələrin komandirləri-polkovnik Mehman Yusifov və polkovnik Zəki Cəlilov və valideynlər gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılmış uğurlardan danışıb, əsgərlərə Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi qorumağı tövsiyə ediblər.

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Şəxsi heyət təntənəli marşın sədaları altında tribuna önündən keçib.

Mərasim "Sərhədçi" marşının sədaları ilə başa çatıb.

DSX rəisinin müavini M.Abasquliyev gənc əsgərlərin valideynləri ilə görüşərək müraciətlərini dinləmiş və onların həlli istiqamətində tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə