Lənkəran Sərhəd Dəstəsinin “Vel” istirahət mərkəzinin açılışı olub

DSX rəisinin müavini Məhəmməd Abbasquliyev açılış mərkəzində iştirak edib
Lənkəran Sərhəd Dəstəsinin “Vel” istirahət mərkəzinin açılışı olub

Avqustun 3-də Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində inşa olunmuş "Vel" istirahət mərkəzinin açılışı olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə keçirilən mərasimdə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müvini general-mayor Məhəmməd Abbasquliyev çıxış edərək, son dövrlərdə Sərhəd Xidməti hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, sərhədçi hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-məişət şəratinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İstifadəyə verilən yeni istirahət mərkəzi də həmin tədbirlərdən biridir. Sərhədçi və ailələrin istirahətinin səviyyəsini yüksəltmək məqsədilə inşa olunan mərkəzin yeri iqlim şəraiti və relyef nəzərə alınaraq seçilib və kompleks 5 hektara yaxın ərazini əhatə edir. Mərkəzdə dörd ikimərtəbəli istirahət korpusu və bir ikimərtəbəli kottec tikilib. Hər korpusda iki nəfər üçün nəzərdə tutulmuş 14 istirahət otağı rahat mebel və yataq dəstləri, digər lazımi vasitələrlə təchiz olunub.

Yeməkxanada aşpazlar üçün rahat iş şəraiti yaradılıb. Müasir avadanlıq və vasitələrlə təchiz edilən bu iaşə obyektində eyni vaxtda 150 nəfərə yüksək xidmət göstərmək imkanı yaradılıb. İstirahət mərkəzindəki 4 müayinə otağı olan tibb məntəqəsi müasir avadanlıqlarla təchiz olunub.

Daha sonra DSX rəisinin müavini istirahət mərkəzində yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki,Mərkəzdə həmçinin 150 kvadratmetrlik yeraltı tərəvəz anbarı, 200 kubmetrlik su anbarı, qazanxana, camaşırxana, nasosxana, transformator binası və digər yardımçı tikililər, müasir tələblərə cavab verən mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri də sərhədçilərin mənalı istirahətini təmin edəcək.

İstirahət mərkəzinin ərazisi hasarlanıb, həyətində zövqlə yaşıllaşdırma işləri aparılıb, dəniz sahilində 6 ədəd günlük quraşdırılıb. Yol və cığırlara asfalt döşənib, ayrı-ayrı yerlərdə oturacaqlar qoyulub.

İstirahət mərkəzində yaradılmış şəraitlə yaxından tanış olan DSX rəisinin müavini general-mayor Məhəmməd Abbasquliyev mərkəzin rəhbərliyinə müvafiq göstəriş və tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə