Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurasının Beynəlxalq Gənclər kampaniyası olan "Nifrət Nitqinə yox hərəkatı"nın ("No hate speech movement") Azərbaycanda milli əlaqələndiricisidir. Bu kampaniya çərçivəsində ARGTMŞ tərəfindən "Nifrət Cinayəti Qurbanlarına həsr olunmuş Avropa günü" ilə əlaqədar Azərbaycanda foto-müsabiqə keçirilib.
ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqənin məqsədi nifrətdən doğan təhqir, cinayət, irqçilik və ayrı-seçkilik kimi hallara qarşı olan bərabərlik, azadlıq, dözümlülük kimi dəyərləri şəkillərdə əks etdirmək və gənclərin bu barədə maarifləndirilməsində əhəmiyyətli rol oynamaq olub.
Müsabiqəyə təqdim olunan şəkilər http://urls.by/b3g ünvanına yerləşdirilmişdirilmiş, qalib ən çox bəyənilən şəkillər arasından və ARGTMŞ-nın təşkilati komitəsi tərəfindən seçilib.
Qeyd edək ki, qalibin mükafatlandırılması 12 avqust Beynəlxalq Gənclər Günü baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB