Nazirlər Kabinetinin qərarına əsasən avqustun 8 və 9-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar olaraq gələn həftənin cümə axşamı və cümə günləri Azərbaycanda qeyri-iş günüdür.
Bayram günləri həftənin sonuna düşdüyündən, şənbə və bazar günləri də nəzərə alınmaqla, Azərbaycanda 4 gün iş olmayacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə 15 və 16 oktyabr tarixləri isə Qurban bayramı günü kimi qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər də iş günü hesab edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB