"Avqustun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, paytaxtda havanın temperatur gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 24-26 dərəcə isti təşkil edəcək.
Məlumata əsasən, Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB