Qaradağda iftar süfrəsi açılıb

Qaradağda iftar süfrəsi açılıb

Müqəddəs Ramazan ayı münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbə məscidinin həyətində 500 nəfər üçün Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi açılıb. SİA-ya verilən məlumata görə, məclisi Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq açaraq Müqəddəs Ramazan ayı haqqında məclis üzvlərinə müəyyən məlumatlar verib. Dualar oxunub və dindarlar adından tədbiri təşkil edən rayon rəhbərliyinə təşəkkür bildirilib. İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılıb, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulanıb.

Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev çıxış edərək rayon sakinlərini Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov adından Müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib. Tutduqları orucun Allah dərgahında qəbul olunmasını arzu edib. Ölkəmizdə dövlət səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışan müavin məscidlərin, pirlərin, ziyarətgahların təmirinə və yenidən qurulmasına xüsusi əhəmiyyət verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dini tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə