Azərbaycan nümayəndə heyəti Şimali Kiprə səfər edib

Azərbaycan nümayəndə heyəti Şimali Kiprə səfər edib

Naxçıvanın və Gəncənin ali təhsil müəssisələrinin professor və tələbə heyəti Şimali Kiprə səfər edib. Səfər Şimali Kipr Doğu Akdeniz Universiteti və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşkilatçılığı ilə baş tutub. AKDC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gəncə rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dəstəyi ilə gerçəkləşən səfər zamanı onlar müxtəlif sahələri əhatə edən kurslarda iştirak ediblər.

35 fərqli ölkədən olan tələbələrin iştirakı ilə keçirilən "Azərbaycan-Yaz axşamı" adlı bədii gecədə də iştirak edən heyətə AKDC sədri Orxan Həsənoğlu başçılıq edib. AKDC sədri DAU-nun hər zaman Azərbaycana diqqət ayırdığını və bu qayğı nəticəsində Kiprdə ölkəmizi qürurla təmsil etməkdən xoşbəxtlik olduqlarını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə