Ailəvi QOÇLAR sərbəstliyə can atırlar. Həyat yoldaşınız da sizinlə razılaşsa, hər şey yaxşılığa doğru olacaqdır. Yollarınızın ayrıldığını başa düşəndə ehtiras daha şiddətlə oyanacaqdır. Bu bürcün nümayəndələri olan tənha qadınlar da ehtirasın cəngindən qurtula bilməyəcəklər. Həyatınız tamamilə dəyişəcəkdir. Nağıl dünyanız gerçəkləşəcəkdir. Kişilər isə yüngül münasibətlərə üstünlük verirlər. İşdə yenidən təşkilatlanma işləri uzanır. Qapıçıdan başlamış ən yüksək rəhbərliyədək hamı qəzəb içindədir. Bədbin hisslərin sizə hakim kəsilməsinə imkan verməyin, çünki yalnız əsəbləri "dəmirdən" olanlar tab gətirəcəklər. Bütün şanslar sizin tərəfinizdədir. Doğrudur, gözlənilmədən maliyyə çətinlikləri ortaya çıxacaqdır. Tələm-tələsik qərarlar qəbul etməsəniz, onları da aradan qaldıracaqsınız.
Ailəvi BUĞALAR uzun sürən əzabverici sükutu pozub, həyat yoldaşları ilə münasibətləri aydınlaşdırmağa başlayacaqlar. Amma bu xəmir çox su aparacaq və sizi üzəcəkdir. Dünyanın özü qədər qədim olan "Kimdir günahkar?" sualının cavabını siz hamıdan yaxşı bilirsiniz. Yalnız tərəf-müqabiliniz dərk edə bilmir... Dəlil-sübutlarınızın tutarlılığı artdıqca, əhəmiyyəti azalır. Bütün narazılıqların xoşbəxt sonluqla bitəcəyi istisna deyildir. Subaylar həmişəki kimi diqqət mərkəzindədirlər. İstəməsəniz belə, pərəstişkarlar ordusunun sıraları durmadan genişlənir və sizə göz açmağa aman vermirlər. Başlıca məqsədiniz məzuniyyət zamanı yaxşı dincəldikdən sonra rahat işləmək üçün zəmin hazırlamaqdır. Əməkhaqqı sizi narahat etmir. Gəliriniz sabit və kifayət qədər yüksəkdir. Amma tərəddüd içindəsiniz. Görəsən, təmir işlərinə başlamağa dəyərmi?
ƏKİZLƏRİN ailəsində əmin-amanlıq, qarşılıqlı anlaşma hökm sürür. Ömür-gün yoldaşınızla yaxşı yola gedirsiniz. Onunla vaxt keçirməkdən, söhbət etməkdən zövq alırsınız. Subaylar avqust ayının birinci yarısında darıxırlar. Ömrünüzün sonuna qədər tənhalığın daşını ata bilməyəcəyinizi düşündüyünüz bir vaxtda günəşin üzünü örtən buludlar çəkilir, hər tərəfə hərarət yayılır və o, peyda olur. İnanın ki, bu günəşin istisi ömrünüzün sonunadək sizi isidəcəkdir. İdarədə də işlər yaxşı gedir. Doğrudur, məvacibinizin artması gözlənilmir, amma digər tərəfdən maliyyə problemləri də gözlənilmir. Yalnız düşünülməmiş xərclərə yol verməyin.
XƏRÇƏNGLƏRİN ailə münasibətləri gərginləşib. Aranızda xoş hisslər qalıbsa, böhran aradan qalxacaq, əks halda boşanmalı olacaqsınız. Subaylar isə şəxsi həyatlarını qurmaq niyyətindədirlər. Bir günlük eşq macəraları sizə görə deyildir. Bu ay arzunuzu həyata keçirə bilərsiniz, çünki ömrünü sizinlə keçirməyə hazır olan namizədlərin sayı-hesabı yoxdur. İş yerinizdə vəziyyət dəyişməyib. Təşkilatı məsələlər, lazımlı əlaqələr başınızı qatıb. Əzmlə çalışmağınızın bəhrəsini qışda görəcəksiniz. Doğrudur, maliyyə məsələləri xoşagəlməz hallarsız ötüşməyəcəkdir. Amma gözlənilmədən ortaya çıxan haqq-hesabları asanlıqla çürüdəcəksiniz.
Ailəvi ŞİRLƏRİ kim isə tora salıb. Ailə münasibətləriniz necə də əla idi! Bir-birinizə can deyib-can eşidirdiniz. Münasibətləriniz dostlarınız üçün örnək idi, lakin gözlənilmədən bu idilliya sizi qıcıqlandırmağa başladı. Ömür-gün yoldaşınızdan heç nə gizlətmədiyiniz üçün hər şey ortalıqdadır. Hirsinizi də məhz onun üstünə tökürsünüz. Partlayış təhlükəsi yaranmışdır. Subaylar sağda-solda eşqbazlıq edirlər, amma ciddi münasibətlərdən qaçırlar. İşdə sentyabrda gözlənilən dəyişikliklərə ciddi hazırlaşırsınız. Onsuz da aşkar hiss edilən üstünlüyünüzü lap da qabartmayın. Yoxsa paxıl və bədxahlar ordusu ilə üz-üzə gələcəksiniz. Maliyyə durumunuz yaxşı vəziyyətdədir. Yalnız artıq pullarınıza daşınmaz əmlak almaq və ya səyahətə çıxmaq arasında seçim edirsiniz.
QIZLARIN ailəsində gözlənilmədən qısqanclıq hissləri kükrəməyə başlayıb. Əsasınız var, yoxsa təxəyyülünüzün məhsuludur? Ortada heç nə olmasa belə, belə bir şübhənin evinizə yol açması yaxşı hal deyildir. Ya bağışlayıb unudun, ya da qapını çırpıb gedin. Çünki hər dəfə eyni yaranı deşmək dözülməzdir. Subayların şəxsi səadətə çatmaq şansı vardır. İdarədə rəhbərlik hər bir işdə sizə arxayın olmağa adət edibdir. Müşkül bir məsələ ortaya çıxan kimi dərhal onu həll edirsiniz. Lakin istedadınızı layiqincə mükafatlandırmırlar. Etiraf etmək lazımdır ki, hadisələrin belə gedişatı sizi bir o qədər də narahat etmir. Bank hesabınızın durumu məzuniyyət günlərini qayğısız şəkildə keçirməyə, hətta dost-tanışa əl tutmağa imkan verir.
Ailəvi TƏRƏZİLƏRİN "qiyamı" bitmir ki bitmir. Doğrudur, bir yerdə xoşbəxt ömür sürmüsünüz, amma indi heç nə alınmır. Hər şey ürəyinizi vurub, zəhlənizi töküb. Evinizdəki əmin-amanlıq sizə meşşan həyatı xatırladır. Ən qəribəsi də budur ki, tərəf-müqabiliniz sizi başa düşməyə və dəstəkləməyə hazırdır. Yorulmusunuz, amma hər şey xoşbəxt sonluqla başa çatacaqdır. Subaylar tənhalığın daşını ömürlük ata bilərlər. İşdə həmkarlarınızla münaqişələr yaranır. Mənəm-mənəmlik oyunu gedir. Nə güzəştə getmək, nə də məsləhətə qulaq asmaq istəyən var. Belə vəziyyət bank hesabınıza dərhal təsir göstərir, mükafatdan məhrum olursunuz. Nə etməli? Güzəştə getmək lazım gələcəkdir.
ƏQRƏBLƏR hakimiyyətin iplərini əldən vermək istəmirlər. Hər işə burnunuzu soxursunuz. Ömür-gün yoldaşınız artıq düşünmək deyilən məfhumun nə demək olduğunu unudub, çünki sizinlə bacarmayacağını bilir. Amma "Bu komandirdən necə qurtulum" fikri onu içəridən gəmirir. Subaylar isə köhnə tanışlarının şəxsində öz məhəbbətlərinə rast gələcəklər. Getdikcə bütün maraqlar - dostlar da, iş də, əyləncələr də ümumi olacaqdır.
OXATANLARIN ailəsində həmrəylik yoxdur. Sanki hər kəs özü üçün yaşayır. Sizə elə gəlir ki, hər şeydə ömür-gün yoldaşınız günahkardır. O, isə bunun əksini düşünür. Ümumi dil tapmaq üçün əvvəlcə ümumi "qapazaltı" tapın, məsələn, uşaqların tərbiyəçisini və ya məhəllənizi süpürən xadiməni seçin. İnsanları ümumi düşmən kimi heç kəs yaxınlaşdırmır. Subaylar isə dostluqla kifayətlənməli olacaqlar. İşdə nailiyyətlər dövrüdür. Siz perspektivli planlarınızı həyata keçirmək üçün zəmin hazırlayır, faydalı əlaqələr qurursunuz. Doğrudur, iş cəbhəsindəki nailiyyətlər cib kisənizə elə də təsir göstərmir. Bank hesablarınıza bir qədər başısoyuq yanaşırsınız.
OĞLAQLARIN ailəsində böhran acı bağırsaq kimi uzanır. Lakin qaranlıq tunelin sonunda işığın görünməsinə az qalıb. Günahınızı başa düşdüyünüz üçün vəziyyət yavaş-yavaş düzələcəkdir. Subaylara elə gəlir ki, öz ideallarına rast gəliblər. Lakin tezliklə başa düşürlər ki, bu günahkar dünyada mükəmməl deyilən heç nə yoxdur. İşdə xoşagəlməz dəyişikliklər gözlənilir. Bəzi həmkarlarınız vəziyyətdən istifadə edib sizə badalaq gəlməyə çalışacaqlar. Mübarizənin qızğın çağında bank hesabınıza nəzarəti itirə bilərsiniz. Təcili olaraq büdcənizlə məşğul olmalısınız.
Ailəvi DOLÇALARIN ailə həyatı ən yaxşı şəkildə davam edir. Tərəf-müqabilinizlə birlikdə təmir işləri, uşaqların asudə vaxtı ilə məşğul olur, yeni tədris ilinə hazırlaşırsınız. Subaylar isə məğrurcasına təkliyin "zövqünü" yaşayırlar. Keçmiş barədə düşüncələr gələcəyinizin qapılarını bağlayır. Ürəyinizi ovlamaq çox çətindir, çünki tərəf-müqabil barəsində tələbləriniz yüksəkdir. Amma iş-güc cəbhəsində hər şey əladan-əladır. Layihələr maraqlı, əməkdaşlar işbiləndirlər. Gəlir və xərclərinizə nəzarət etsəniz, məvacibiniz qənaətbəxşdir.
Ailəvi BALIQLAR əvvəlkitək susurlar. Həyat yoldaşınız sizi silkələməkdən bezib. Münasibətləri aydınlaşdırmağın vaxtı çoxdan çatıb. Lakin nədənsə çəkinirsiniz, qətiyyətsizlik edirsiniz. Kimdən qorxursunuz? Subaylar, əksinə, fəaldırlar. Həyat səhnələri kaleydoskop kimi dəyişir: bu gün görüşürsünüz, sabah isə artıq ayrılmağa hazırsınız. Hər şey zəhlənizi tökür, bezikdirir. İşdə isə darıxmırsınız. Vəziyyətin qeyri-müəyyən olmasına baxmayaraq, nailiyyətləriniz ən cəsarətli arzularınızı, gəlirləriniz isə bütün ümidlərinizi üstələyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB