Bu gün Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2013-cü ilin I yarısında "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə görülən işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluqdan verilən xəbərdə deyilir ki, Baş prokuror Zakir Qaralov bildirib ki, hesabat dövründə respublikada qeydə alınan 10.929 cinayətin 86,9 faizinin açılması təmin edilib.
Baş prokuror müşavirədə qəsdən adam öldürmə hadisələrilə əlaqədar Bakı şəhərinin Nərimanov, Yasamal, Binəqədi, həmçinin Yevlax və Neftçala rayonlarının hər birində 1 bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıq verib.
Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cari ilin I yarımilində 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan 3.237 müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
2013-cü ilin I yarısında 17 prokurorluq işçisi xidməti və icra intizamını pozduğuna görə intizam məsuliyyətinə cəlb edilib.
Müşavirədə cari ilin oktyabr ayında ölkənin həyatında çox mühüm hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilməsi ilə əlaqədar digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilən qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB