"Avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar Bürosunun şöbə rəisi Kəmalə Həşimova SİA-ya açıqlamsında bildirib ki, havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.
Şöbə rəisinin sözlərinə görə, ölkənin rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı etimalı var: "Qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB