Dövlət Qulluğu Komissiyasından növbəti yenilik

Dövlət Qulluğu Komissiyasından növbəti yenilik

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edir. SİA-nın məlumatına görə, Komissiyanın www.dqmk.gov.az İnternet səhifəsi vətəndaşlarla ünsiyyət vasitəsi kimi istifadə olunur.

Fəaliyyət göstərməyə başladığı andan etibarən Komissiyanın rəsmi İnternet saytında verilən yazılara 6 milyon 600 mindən çox baxış olub. Saytın istifadəçilərinin sayı isə hazırda 14500-dən çoxdur. Bu da saytın vətəndaşlar arasında kifayət qədər populyar olduğunun və Komissiya ilə vətəndaşlar arasında yaranmış qarşılıqlı etibar və güvənin göstəricisidir. Komissiyanın vətəndaşlara göstərdiyi elektron xidmətlər də saytda öz əksini tapıb.

Komissiyanın İKT-nın imkanlarından istifadə edərək vətəndaşların və dövlət qulluqçularının maarifləndirilməsi istiqamətində növbəti işi Komissiya tərəfindən keçirilən təlimlərin video təqdimatlarının öz rəsmi İnternet saytının "Əsas menyu" bölməsinin "Video təqdimatlar" altbölməsində yerləşdirməsidir. Dövlət qulluqçuları və vətəndaşlar Komissiyanın bu yeniliyindən istifadə edərək bir çox mövzular barədə ətraflı məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə