223 partiya üzvünə üzvlük vəsiqələri təqdim edilib

223 partiya üzvünə üzvlük vəsiqələri təqdim edilib

Ana Vətən Partiyası (AVP) Ağdam rayon təşkilatında 223 partiya üzvünə üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib. SİA-ya verilən məlumata görə, tədbirdə AVP Mərkəzi Aparatının məsul işçisi Tünzalə İsmayılova iştirak edib. Ağdam rayon təşkilatının sədri Afiq Hüseynov üzvlük vəsiqələri alanları partiya sıralarına qəbul olunmaları münasibətilə təbrik edib, onlara partiya fəaliyyətlərində uğurlar arzulayıb.

Tünzalə İsmayılova çıxışında qarşıdan gələn prezident seçkilərinə geniş yer ayıraraq Azərbaycanda Ümummilli lider Heydər Əliyevin siyasi kursuna alternativin olmadığını bildirib. O, partiya üzvlərini seçkilərdə fəallıq nümayiş etdirməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə