Komitə sədri: "Xəritələşdirmə sahəsində gördüyümüz işlər dünya standartları səviyyəsindədir"

Komitə sədri: "Xəritələşdirmə sahəsində gördüyümüz işlər dünya standartları səviyyəsindədir"

"Xəritələşdirmə sahəsində gördüyümüz işlər dünya standartları səviyyəsindədir. Belə ki, bütün ölkə ərazisini əhatə edən istifadəçilər üçün maraq kəsb bütün miqyaslarda topoqrafik, ümumcoğrafi tematik xəritə və atlaslarımız yaradılmış və vaxtaşırı yenilənir, həmçinin zəruri olan bütün formatlarda rəqəmsallaşdırılır". Bu fikirləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Q.Məmmədov bildirib ki, bununla belə fasiləsiz olaraq texnoloji olan dünya idarəetmə, təhlükəsizlik, iqtisadiyyat üzrə mürəkkəb məsələlər dogurur ki, onların da həlli bir çox məsələlərin yenidən qavranılmasını tələb edir. Onun sözlərinə görə, son illərdə informasiya texnologiyaları nüvəsi ətrafinda yeni materiallar, enerji mənbələri, istehsal texnikası, o cümlədən torpaqlardan səmərəli istifadənin təşkili, geodeziya və kartoqrafiya sahələrində ciddi texnoloji sıçrayışlardan ibarət toplum meydana gəlib.

"Bunlar özünü daha çox geoməkan məlumatlarının analızının həyata keçirilməsində biruzə verir. Milli səviyyədə İKT şirkətlərimizin hələkı bu məsələlərə önəm verməməsi, özümüzün hətta Open Sourse-da hazırlanmış proqram vasitələrinin azlığı müəyyən problemlər yaradır. Bununla belə tanınmış bütün brendlərin bu istiqamətdə hazırladıqları proqram təminatlarından yararlanmaqla bu sahədə qarşımızda quran məsələləri həll edirik. Bunun üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində zəruri maddi-texniki baza durmadan gücləndirilir, mütəxəssislərin ixtisasının artırılması ilə bağlı lazımi tədbirlər həyata keçirilir", - deyə, Q.Məmmədov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə