BŞDYPİ: “Bu günə qədər 71 min piyada saxlanılaraq, məsuliyyətə cəlb edilib” AÇIQLAMA

BŞDYPİ: “Bu günə qədər 71 min piyada saxlanılaraq, məsuliyyətə cəlb edilib” AÇIQLAMA

"Bu gün çimərliklər və ya istirahət mərkəzləri ətrafında sürücülük vəsiqəsi olmadan, eləcə də sərxoş vəziyyətdə avtomobillərin idarəedilməsi faktları da aşkarlanıb. Bu baxımdan həmin ərazilər üzrə yol polisi əməkdaşları xidmət aparıb və nöqsanları aradan qaldırmaq üçün aidiyyatı üzrə tədbirlər görür". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələrin şöbəsinin rəisi Vaqif Əsədov deyib.

"Bakı şəhəri üzrə baş verən ümumi yol qəza hadisələrinin təhlilinə nəzər salsaq görərik ki, 51 faiz, sürət həddinin aşılması faktıdır: "Ötən illə müqayisədə piyadaların avtomobillərlə vurulması halları nisbətən aşağı düşüb. Yəni, 2012-ci ildə 53 faiz piyadaların vurulması faktı qeydə alınmışdısa, bu gün bu rəqəm aşağı nisbətlə ölçülür. Çünki, gün ərzində piyadaların nizam-intizama cəlb edilməsilə əlaqədar nəinki yol polisləri, eləcə də xidmətin digər əməkdaşları təyin olunmayan yerdən keçən piyadaları saxlayır və məsuliyyətə cəlb edirlər. Artıq ilin əvvəlindən bu günə qədər 71 min piyada saxlanılaraq, məsuliyyətə cəlb edilib. Bu isə o deməkdir ki, piyadalar arasında nizam-intizam yüksəlir. Bununla belə, küçə və yollarda təhlükəsiz davranış vərdişləri aşılanır".

İdarənin ictimaiyyətlə əlaqələrin şöbəsinin rəisi sözlərinə əlavə edib ki, hər baş verən yol qəza hadisəsi müstəntiqlər tərəfindən araşdırılır və günahkar şəxsə inzibati qaydada protokol tətbiq edilir: "Yol qəza hadisələrində ictimai nəqliyyat vasitələrini idarə edən avtobus sürücüləri də var ki, onların da təqsiri üzündən bədbəxt hadisələr baş verir".

Bütün xəbərlər Facebook səhifəmizdə