"Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva SİA-ya açıqlamsında bildirib ki, havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacaq.
Rəsminin sözlərinə görə, ölkənin rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı etimalı var: "Qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB