"Bu ildən başlayaraq seçkiylə bağlı daxil olan müraicətlərə inzibati məhkəmələrdə baxılacaq". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev jurnalistlərə verdiyi açıqlamda deyib.
Onun sözlərinə görə, indiyə qədər bu işlərə Mülki Prossessual Məcəllə ilə tənzimlənirdi: "2013-cü ildə edilən dəyişikliklərə əsasən bu ilin prezident seçkilərindən başlayraq seçkilərlə bağlı daxil olan müraciətlərə inzibati məhkəmələrdə baxılacaq".
Ali Məhkəmənin sədri bildirib ki, hər bir dövlətin tarixində ən mühüm hadisə öz dövlət başçısını açıq, ədalətli şəkildə öz iradəsini ifadə etməklə seçməsidir: "Əminəm ki, Azərbaycanda da bu ilin oktyabr ayına nəzərdə tutulan prezident seçkiləri tam demokratik, şəfaff, ədalətli şəkildə keçiriləcək və Azərbaycan xalqı da öz iradəsini nümayiş etdirəcək".
Ramiz Rzayevin sözlərinə görə, hər bələdiyyə, prezident, parlament seçkiləri öncəsi Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan belə kurslar daxilində görüşlər keçirilir və müəyyən hüquqi məsələləri onlara izah edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB