Millət vəkili 700 bal toplayan 3-cü mingəçevirli abituriyentə də təqaüd ayırdı
Millət vəkili Aydın Mirzəzadə açıqlamasında IV ixtisas qrupu üzrə 700 bal toplayan Mingəçevir şəhəri 7 saylı məktəbin məzunu Aytən Paşazadəyə təqaüd ayıracağını bildirib: "Ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan üçüncü Mingəçevir abuturiyentinə də hər ay 100 manat təqaüd verəcəyəm. Bu gün IV ixtisas qrupu üzrə 700 bal toplayan iki nəfərin kimliyi məlum oldu. Onlardan biri Mingəçevir şəhəri 7 saylı məktəbin məzunu Aytən Paşazadədir. Çox sevindim ki, bu ilki qəbul imtahanlarında ən yüksək bal toplayan 6 nəfərdən 2-si Mingəçevir şəhər məktəblərinin məzunlarıdır. Eşitdiyimə görə 500 baldan çox bal toplayan mingəçevir məzunlarının da sayı keçən ilkindən çoxdur.
Mingəçevirdə təhsilə həmişə böyük diqqət olub. Builki göstəricilər isə axırıncı illərdə şəhərdə iki yeni məktəbin istifadəyə verilməsi, bir neçəsinin əsaslı təmirindən sonra təhsilin səviyyəsini daha da yüksəldilməsi nəticəsində mümkün olub.7 saylı məktəb Mingəçevirin qabaqcıl məktəblərindən biridir. Məktəb direktoru Aidə xanım məktəbdə təhsilin səviyyəsinin yüksəlməsi üçün çox zəhmət sərf edir.
Verdiyim vədə uyğun olaraq 700 bal toplamış Aytən Paşazadəyə də ali məktəbi bitirənə qədər hər ay 100 manat təqaüd verəcəyəm.Bu gün gec olduğundan Mingəçevirə zəng edə bilmədim. Sabah Mingəçevir təhsil şöbəsinin müdiri, əməkdar müəllim Sahib Məmmədova, məktəb direktoru Aidə xanıma, yüksək bal toplamış Aytən Paşazadəyə və onun valideynlərinə zəng edib onları təbrik edəcəyəm".
Xatrladaq ki, millət vəkili artıq Mingəçevirdən ilk 700 bal toplamış məzun, hal-haırda Qafqaz Universitetinin IV kurs tələbəsi Kazımov İsmayıla hər ay 100 manat təqaüd verir. Bu ilsə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarınıdan 700 bal toplamış Məmmədli Nərmin Rövşən qızına təqaüd kəsəcyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB