"Avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun şöbə rəisi Kəmalə Həşimova SİA-ya açıqlamsında bildirib ki, havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə isti olacaq: "Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək".
Şöbə rəisinin sözlərinə görə, ölkənin rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı etimalı var: "Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 17-22, gündüz 29-33, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir".
Kəmalə Həşimova onu da qeyd edib ki, avqust ayının 3-nə qədər hava şəraitinin sabir olacağı proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB