Cinayət işi Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsinə verilib
"Azyaşlı İmran Cəfərzadənin xəsarət alması ilə nəticələnən cinayət işinin aparılması Xaçmaz rayon Prokurorluğundan alınaraq, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsinə verilib. SİA-nın xəbərinə görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.
R. Usubovun sözlərinə görə, hadisə ilə bağlı başlanan cinayət işinin araşdırılması üçün yüksək səviyyəli ekspertiza qrupu yaradılıb: "Cinayət hadisəsinin araşdırılması üçün yüksək ixtisaslı prokurorluq əməkdaşları işin aparılması üçün dəvət edilib. Artıq 3 nəfər saxlanılıb. Bu faktla bağlı "CTF" firmasının və "Nabran Holiday Village" istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB