Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 19-23°, gündüz 26-31° isti olacaq.
Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 753 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95 faiz, gündüz 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 25-26° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.
Temperaturun gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 14-19°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.
Temperatur gecə 11-16, gündüz 20-25° isti olacaq.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 18-23°, gündüz 28-33° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.
Temperaturun gecə 19-23° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB