Milli Şura iclasını erməni Nersesyanın otelində keçirir ŞOK XƏBƏR!

Rüstəm İbrahimbəyovun da Andrey Nersesyanla yaxşı münasibəti var
Milli Şura iclasını erməni Nersesyanın otelində keçirir ŞOK XƏBƏR!

Bu gün Milli Şura üzvləri müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyovla görüşmək üçün Tbilisidə "Vera Palace" otelində bir araya gəlib. Saytların verdiyi məlumata görə, adı çəkilən otel erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A.Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir.

Aldıdğımız məluamta görə, Rüstəm İbrahimbəyovun da Andrey Nersesyanla yaxşı münasibəti var. Vahid namizədin bu səbəbdən şura üzvlərini ora dəvət etdiyi iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə