“Buta” diskinin təqdimatı keçiriləcək

“Buta” diskinin təqdimatı keçiriləcək

Sabah Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Buta" diskinin təqdimatı keçiriləcək. SİA-ya verilən məlumata görə, disk Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının (BMA TGT) təşəbbüsü ilə ATGTİ-nin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.

Layihənin əsas məqsədi Azərbaycan klassik musiqisinin gənc ifaçılarına dəstək göstərmək, onların vasitəsi ilə ölkəmizdən kənarda Azərbaycan musiqisinin təbliğ olunmasıdır.

Qeyd edək ki, "Buta" diskində Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında Azərbaycan klassik musiqisinin inciləri toplanıb. Musiqilər arasında Qara Qarayevin, Cahangir Cahangirovun, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin və Emin Sabitoğlunun və digərlərinin bəstələri, həmçinin "Getdi yar" xalq mahnısı yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə