Rauf Zeyni: "ABŞ yenə öz oyununu oynayır" MÜSAHİBƏ

"ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın işğal altında olan dağlıq Qarabağa Yardım ayırması ikili standartlardan xəbər verir"
Rauf Zeyni: "ABŞ yenə öz oyununu oynayır" MÜSAHİBƏ

ABŞ-ın Nümayəndələr Palatası Qarabağa yardım göstərilməsini təsdiqləyib. Lakin, qanun layihəsində Ermənistana konkret yardımın həcmi göstərilməyib. AEMK-nın icraçı direktoru Aram Ambaryan ABŞ-ın Nümayəndələr Palatası komitəsinin bu qərarını alqışlasa da, Ermənistana konkret yardımın həcminin müstəqillik elan edildikdən sonra qanun layihəsində göstərilmədiyinə dair narazıçılığını bildirib.

Məsələyə Milli QHT forumunun prezidenti Rauf Zeyni münasibət bildirib.

- ABŞ işğal altında olan, Dağlıq Qarabağa maliyyə yardımı ayırıb. Bunu ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlarda yanaşması demək olarmı?

- ABŞ Minsk qrupunun həmsədrlərindən biri kimi hər il ermənilərə maliyyə yardımı göstərir. Baxmayaraq ki, biz hər il buna etiraz edirik, Ermənistana maliyyə yardımı davam etdirilir. Bu bir növ ABŞ bölgədə öz siyasəti olan bir dövlət kimi bizim etirazlarımıza cavab olaraq, bu maliyyə yardımının onların separatçı mövqeyini yox, məhs su, təhsil, iqtisadi və səhiyyə problemlərinə yardım məqsədi ilə olunduğunu bildirirlər. 2010 və 2011 ci illərdə 8 milyon dollar məbləğində maliyyə yardımı göstərmişdi. Lakin bunun səbəbini isə ABŞ Ermənistanda mövcud sosial problemlərin çözülməsi məqsədi ilə olunduğunu bildirir.

- ABŞ maliyyə yardımı göstərməklə, bir növ Serj Sərkisyan rejminə Dağlıq Qarabağ münaqişəsinin həllində Status Kvonun saxlamaqda köməyi kimi qiymətləndirmək olarmı?

- ABŞ həm bir dövlət olaraq, həm ATƏT-in Minsk qrupunun həmsədrləindən olaraq müəyyən baxımdan münaqişənin sülh yolu ilə həll edilməsi üçün cəhd göstərməyə çalışır. Beynəlxalq hüquqi baxımdan Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün addımlar atılıb və atılmaqdadır. Lakin dolayısı yolla da olsa bu bir növ Serj Sərkisyanın separatçı rejiminə və diktator rejiminə bilavasitə dəstək vermək deməkdir.

- İşğal altında olan Dağlıq Qarabağa olunan bu tip yardımlar hümanitar məqsədlərlə edildiyi bildirilsə də, separatçı rejim həmin vəsaiti silah almağa və terror qruplaşmalarına dəstək olmağa sərf edir. Rəsmi ABŞ bunun fərqində deyilmi?

- Biz bir ictimaiyyəti olaraq biz QHT forumu olaraq buna öz qəti etirazımızı bildiririk. Bu ilk öncə ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ölkə olduğu üçün bu yol verilməzdir. İkinisi isə istənilən baxımdan bu erməni separatçılığına olunan yrdımdır.Çünki, bu bir başa terrora, narkotik alverinə və s qeyri sosial yollara sərf olunmaqdadır. Belə ki, ermənilər onlara olunana maliyyə yardımını istədiyi kimi yönləndirir. Bu hətta insanlıq əleyhinə olan məsələlərdə daha çox istifadə olunur.

Sonda R. Zeyni qeyd etdi ki: "Bir QHT olaraq bu gün Ermənistana olunana bu kimi maliyyə yardımlarına son qoyulmalıdır. Biz bunu tələb edirik. Bilavasitə bu yardımların göstərilməsi dayandırılmalıdır və heç bir dövlət Azərbaycan Respublikasının razılığı olmadan, və o cümlədən Bynəlxalq hüququ normalarına zidd olan separatçı rejimə dəstək verməməlidir".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə