Ana Vətən Partiyasının (AVP) gəncləri sayca üçüncü səyyar toplantını İsmayıllı rayonunda keçiriblər. SİA-ya verilən məlumata görə, toplantıda Ağsu, Ağdaş, Balakən, Mingəçevir, Qəbələ, Oğuz, Şamaxı, Kürdəmir, Qobustan və İsmayıllı rayonlarından olan gənclər iştirak ediblər. Öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərində yerləşən abidəsinin önünə gül dəstəsi qoyublar.
Təbiət qoynunda təşkil olunan toplantıda ölkədə gedən siyasi proseslər, bu yöndə gənclərin fikirləri, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, toplantıda AVP sədrinin müşaviri Qalib Əhmədov, Mərkəzi Aparatın məsul işçisi Mikayıl İbrahimov və bəzi rayon təşkilatlarının sədrləri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB