"İyulun 31-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər saatlarında bəzi yerlərdə qısa müddətli yağılş yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun şöbə rəisi Kəmalə Həşimova SİA-ya açıqlamsında bildirib ki, paytaxtda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23, gündüz 26-31 dərəcə isti olacaq: "Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək".
Şöbə rəisinin sözlərinə görə, ölkənin rayonlarında iyulun 31-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Bəzi şərq rayonlarında leysan xarakterli yağışlar yağacaq, gündüz yağıntılar tədricən kəsiləcək, gün ərzində hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 18-23, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB