Sərin hava şəraiti davam edəcək

Sərin hava şəraiti davam edəcək

Sərin hava şəraiti davam edəcək. Bu barədə SİA məlumat verib.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 19-23°, gündüz 25-30° isti olacaq.

Bakıda gecə 20-22°, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperaturun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir.

Temperaturun gecə 8-13°, gündüz 13-18° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Temperatur gecə 10-15, gündüz 19-24° isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 17-22°, gündüz 27-32° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Temperaturun gecə 18-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

QEYD: Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi, eyni zamanda, gözlənilən oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə