Ana Vətən Partiyasının (AVP) Abşeron, Cəlilabad, Sabirabad və Tərtər rayon təşkilatlarının konfransları keçirilib. SİA-nın məlumatına görə, Abşeron və Tərtər rayon təşkilatlarının konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin Xırdalan və Tərtər şəhərlərində yerləşən abidələrini ziyarət ediblər.
Konfransların işində təşkilati məsələlərə baxılıb, İlham Yusif oğlu Quliyev Abşeron rayon təşkilatının sədri, Həzrətqulu Quləli oğlu Şəmiyev Cəlilabad rayon təşkilatının sədri, Malik Sayyadxan oğlu Hüseynov Sabirabad rayon təşkilatının sədri, Mədinə Əli qızı İmanova Tərtər rayon təşkilatının sədri seçiliblər.
Konfransların gedişində Ana Vətən Partiyasının VI Qurultayına nümayəndələr seçilib.
Qeyd edək ki, konfransda AVP Ali Məclisinin sədri Rəşadət Yaqublu, Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı, sədrin müşaviri Qalib Əhmədov, Mərkəzi Aparatın əməkdaşları Tünzalə İsmayılova və Mikayıl İbrahimov iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB