Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti reydə başlayıblar
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın mərkəzi küçələrini avtomobillərdən təmizləmək məqsədi ilə növbəti reyd keçirir. SİA-nın xəbərinə görə, buna səbəb Bakı şəhərinin mərkəzi küçələrində tıxac problemini aradan qaldırmaqdır.
Yol polisi əməkdaşlarının verdiyi məlumata görə, onlar mütəmadi reydlər keçirməklə sürücüləri maarifləndirr ki, avtomobillərini yeni istifadəyə verilən avto dayanacaqda saxlasınlar.
Xatırladaq ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iyul ayının 26-dan başlayaraq mütəmadi şəkildə avtomobillərin şəhərin mərkəzi küçələrindən təmizlənməsi məqsədi ilə reydlər keçirir. Bundan əvvəlki reydlərdə olduğu kimi, icazəsiz yerlərdə maşınlarını saxlayan sürücülər həm maarifləndirilir, həm də inzibati qaydada cəzalandırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB