Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov ABŞ-ın Princeton Universitetində 8 aylıq tədqiqat aparıb. AMEA-dan SİA-ya verilən məlumata görə, "Fulbright" proqramı çərçivəsində təşkil olunan tədqiqat VII-X əsrlərdə Xəzər xaqanlığının Ərəb xilafəti və Bizans dövləti ilə münasibətininin dərindən araşdırılmasına həsr olunub.
Alim araşdırmaların yekununda Xəzər xaqanlığının qeyd olunan dövlətlərlə mədəni və ticarət əlaqələrinə dair AMEA-da çıxış edib. Çıxışın mövzusu əsasən Xəzər xaqanlığı ilə Ərəb xilafəti arasında münasibətlər yaxşılaşdıqdan sonra İpək yolu boyu beynəlxalq ticarətin bərpası üçün iki dövlətin birgə səylərindən bəhs edir.
Natiq qeyd edib ki, İpək yolu yalnız mal mübadiləsinə deyil, həm də ölkələr arasında mədəni əlaqələr yaratmağa xidmət edir. Araşdırmada qoyulan digər məsələ həmin əsrlərdə Xəzər, Ərəb və Bizans ərazilərində üç böyük monoteist dinləri təmsil edən və böyük siyasi qüvvəyə malik olan dövlətlərin regional siyasətdə birgə fəaliyyətidir ki, bu da dövlətlərin daxili vəziyyətinə və Şərqi Avrasiya regionun siyasi və iqtosadi-mədəni durumuna xeyli təsir edib.
Xəzər xaqanlığının tarixində bir çox maraqlı məqamların araşdırılması davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB