AGAT sədri Almaniya səfirliyinin nümayəndəsi ilə görüşüb

AGAT sədri Almaniya səfirliyinin nümayəndəsi ilə görüşüb

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri və idarə heyəti Almaniya Səfirliyinin birinci katibi Frederik Hanke və Aytəkin Məhərrəmli ilə görüş keçirib. SİA-ya verilən məlumata görə, görüş çərçivəsində AGAT-ın fəaliyyəti, layihələri və vətəndaş cəmiyyətinə töhfəsi barədə danışılıb.

Frederik Hanke öz növbəsində ölkəmizdə aktiv təşkilatların olmasından məmnun olduğunu bildirib: "Mən güclü vətəndaş cəmiyyəti və Avropaya inteqrasiya üçün yaradıcı və enerjili səylər göstərən gənc xanımların bu komandasına heyran oldum".

Qeyd edək ki, AGAT sədri Gülsel Səfərova təşkilatın fəaliyyətindən sonra ölkədə aparılan uğurlu dövlət gənclər siyasəti barədə fikirlərini böluşüb. Daha sonra görüş idarə heyətinin üzvləri və departament rəhbərlərinin arasında diskussiya şəklində davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə