"Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gecə arabir güclənəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, hava şəraiti paytaxtda gecə 19-23, gündüz 25-30 dərəcə isti olacaq.
Məlumata əsasən, ölkənin rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Qərb küləyi əsəcək gecə və səhər arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 17-22, gündüz 27-32 dərəcə, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacaq.
Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü eyni zamanda, gözlənilən oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB