Bu gün Gəncə şəhərində Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının (GDU TGT) təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə qərb regionu Tələbə Gənclər Təşkilatları (TGT) arasında Nə? Harada? Nə zaman?" intellektual oyunu keçiriləcək.
SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi, region tələbə-gəncləri arasında intellektual oyunları daha da populyarlaşdırmaq və gənclərin intellektual oyunlara marağının artırılmasıdır.
Qeyd edək ki, qərb regionu TGT-ləri arasında ilk dəfə keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyununda hər birində 6 nəfər olmaqla, ümumilikdə 20 komanda iştirak edəcək.
Qaliblər diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB