Bakı-İstanbul təyyarəsində nasazlıq olub

Bakı-İstanbul təyyarəsində nasazlıq olub

Bu gün saat 07:50-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) 087 saylı Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) aviareysini yerinə yetirən təyyarə havaya qalxandan sonra yaranmış texniki problemlə əlaqədar yenidən Bakı aeroportuna qayıdıb. AZAL-dan SİA-ya verilən məlumata görə, təyyarədə üzə çıxan texniki nasazlıq artıq aradan qaldırılıb və bu reys üzrə uçuş saat 11:00-da yerinə yetiriləcək.

Qeyd edək ki, sözügedən aviareys üzrə uçuş AZAL-ın yeni aldığı "Embraer-190" təyyarəsi ilə yerinə yetirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə