Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin əsəcəyi, arabir güclənəcəyi proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, istirahət günü havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.
Məlumata əsasən ölkənin rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Bölgələrdə qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 10-15dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
Ayın 28-i və 29-da yenidən arabir güclənən şimal-qərb küləyi əsəcək, iyulun 30-dan etibarən hava mülayimləşəcək. Ümumilikdə isə ayın sonuna kimi qızmar istilərin olacağı proqnozlaşdırılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB