"Həftə sonu Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin əsəcəyi, arabir güclənəcəyi proqnozlaşdırılır". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamasında bildirib ki, iyulun 28-də havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.
Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyinin, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağının, yağış yağacağının gözlənildiyini deyən baş hidroloq qeyd edib ki, bölgələrdə qərb küləyi əsəcək: "Havanın temperaturu aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 10-15dərəcə, gündüz 15-20 dərəcə isti olacaq".
Asif Verdiyev ayın sonuna kimi küləkli hava şəraitinin davam edəcəyini bildirib: "Bu gün Bakıda mülayim şimal-şərq küləyi əsəcək. Ayın 28-i və 29-da yenidən arabir güclənən şimal-qərb küləyi əsəcək, iyulun 30-dan etibarən hava mülayimləşəcək. Ümumilikdə isə ayın sonuna kimi qızmar istilərin olacağı proqnozlaşdırılmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB